Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib

Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Əskipara kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Cəfərov Vüqar Asdan oğlu 1968-ci il yanvar ayının 17-də Tərtər rayon Əskipara kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində orta təhsil almışdır. 1986-1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 18 №-li Yol İstismarı İdarəsində qaynaqçı işləyirdi. Qarabağ uğrunda müharibə şiddətlənən vaxt Tərtər bölgəsində özünümüdafiə batalyonu yaradılarkən erməni işğalçıların torpaqlarımızda törətdikləri vəhşililklərə qarşı əldə silah mübarizə aparmaq məqsədilə bu batolyonun tərkibinə yazılmışdır. 1992-ci il iyun ayının 3-də keçmiş Ağdərə rayonunun Qırmızıkənd kəndi yaxınlığında Marquşavan istiqamətində Tərtər batalyonu döyüşə hazırlaşarkən keçid yolların düzülmüş mina partlayışında şəhid olmuşdur.
Ailəli idi. İlqar adında bir oğlu var. Əskipara kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlunun ailəsini ziyarət edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...