Sahibə Qafarova: Milli Məclisin yeni tərkibdə təsis edilməsi məqsəduyğundur

Sahibə Qafarova: Milli Məclisin yeni tərkibdə təsis edilməsi məqsəduyğundur
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsinin məqsəduyğun olması düşünürəm ki, hamıya aydındır.

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünükü iclasında deyib.

Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə şərait yaradılacaq. Digər tərəfdən beynəxalq tədbirlərə hazırlıq işlərinin görülməsi, həmin tədbirlərin keçirilməsi ilə əlaqədar infrastruk, nəqliyyat, eləcə də təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır. Bu baxımdan parlament seçkilərinin demoktratik prinsiplərə uyğun şəkildə təşkil olunması, vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakı, səsvermədə öz iradəsi və azad ifadə etməsi təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar mənə müraciət edərək növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...