Azərbaycan qaz sayğaclarını hansı ölkədən və neçəyə alır? – Siyahı

Azərbaycan qaz sayğaclarını hansı ölkədən və neçəyə alır? –
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana xarici ölkələrdən 4 min 165 ədəd müxtəlif təyinatlı qaz sayğacları gətirilib.

Gundeminfo.az xəbər verir ki, yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz sayğacının idxalı 6,3 dəfə artıb.

Qeyd edək ki, bu ilin ilk 4 ayında ölkəyə gətirilən bir ədəd qaz sayğacının orta gömrük dəyəri 101 dollar (172 manat) olub.

Azərbaycana qaz sayğacları aşağıdakı ölkələrdən gətirilib:

Almaniya – 2 058 ədəd (bir ədədinin orta gömrük dəyəri 136 manat)

Türkiyə – 1 924 ədəd (141 manat)

Slovakiya – 100 ədəd (660 manat)

Polşa – 43 ədəd (1 595 manat)

Niderland – 29 ədəd (1 006 manat)

İtaliya – 11 ədəd (85 manat)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...