MSK bu partiyaların da nümayəndələrini qeydə aldı

MSK bu partiyaların da nümayəndələrini qeydə aldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

***

Müsavat Partiyasının da növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

İclasda Müsavat Partiyasının 36 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...