Bakı ilə İrəvan arasında birbaşa dialoq: Rusiya müdaxilə edəcək?

Bakı ilə İrəvan arasında birbaşa dialoq:

Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlarla bağlı razılıq əldə ediləcəyi təqdirdə Rusiyanın bu prosesə müdaxilə edəcəyini zənn etmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, əslində, Azərbaycan və Ermənistan arasında ikili formatda iş ideyası ilə bağlı yeni heç nə yoxdur:

“İki ölkə arasında heç bir vasitəçi olmadan birbaşa danışıqların aparılması ideyası hər zaman Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənib. Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyanın da bu yanaşmasından qıcıqlanacağını düşünmürəm”.

Diplomat qeyd edib ki, bir neçə ildir Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşən templə davam edir:

“Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov, daha sonra isə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanı Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizini açmadıqları üçün tənqid ediblər. Paşinyan bunu qəzəblə qarşıladı və Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifini rədd etdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...