Elviz Qasımovun işdən çıxardığı ginekoloq Ali Məhkəməyə üz tutdu
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu işləmiş Bahar Novruzova yenidən işinə qayıtmaq üçün hüquqi mübarizəsini davam etdirir.
Qaynarinfo-nun məlumatına görə, işə bərpa tələbi ilə xəstəxananı məhkəməyə verən Bahar Novruzova birinci və apellyasiya instansiyalarını uduzub. Bununla belə, o, mübarizəsini dayandırmayıb.
Əldə etdiyimiz məlumata görə, Bahar Novruzova Ali Məhkəməyə kassasiya şikayəti verib. Zaur Əliyev iş üzrə hakim təyin edilib. İşə baxılma vaxtı hələ müəyyənləşməyib.
Bahar Novruzova 30 il Respublika Klinik Xətəxanasında çalışıb. Elviz Qasımov xəstəxanın direktoru təyin ediləndən sonra o, işdən çıxarılıb. Bahar Novruzovanın işdən çıxarılmasına səbəb kimi onun xəstəxanaya məxsus dərmanları kənara çıxarması göstərilib.
Bahar Novruzova bu ittihamı qəbul etməyib. Həkim bu barədə mediaya açıqlamasında deyib ki, məsələni araşırıb və məlum olub ki, ona qarşı ittihamın əsası yoxdur:
"Xəstəxanada bütün dərman işlərinə baxanların yanına, bütün şöbələrə getdim ki, məndən götürülən dərmanların xəstəxanaya qəbul seriyası yoxlanılıb, kim qərar verdi ki, bunlar xəstəxananındır? Hamı dedi bizi işə qatma, biz dərman yoxlamamışıq. Bəs əskiklik yoxdur, sərfiyyat düz, çıxar düz, dərmanlar necə oldu sizin oldu?"
321 dəfə oxundu