Azərbaycanda əmək müqavilələrinin sayı azalıb

Azərbaycanda əmək müqavilələrinin sayı azalıb
Bu il sentyabr ayının 1-nə olan məlumata görə, bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 852 min 887 olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiməlumat yayıb.
Məlumat üçün bildirək ki, son 2 ay ərzində əmək müqavilələrinin sayı 1 720 vahid artıb. Belə ki, iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 854 min 607 olub.
Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin bu il iyul ayının 1-nə olan məlumatına görə, Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 760,8 min nəfər olub. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən muzdlu işçilərin sayından 93,8 min vahid və ya 5,3% çoxdur.
Onu da qeyd edək ki, əmək müqaviləsi muzdlu işçilərin sayından o halda çox ola bilər ki, 1 nəfər muzdlu işçi ilə birdən çox əmək müqaviləsi imzalansın.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...