Rusiya bu ölkə ilə RAZILAŞDI: ABŞ sanksiyalarından belə yayınacaqlar

Rusiya bu ölkə ilə RAZILAŞDI:
Macarıstan və Rusiya ABŞ-ın “Qazprombank”a qarşı sanksiyaları ilə bağlı yaranmış dörd problemdən üçünün həll yolunu tapıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto milli parlamentin iqtisadi komitəsində keçirilən dinləmələrdə deyib.

O qeyd edib ki, Amerika administrasiyasının bu qərarı Macarıstana son vaxtlara qədər “Qazprombank” vasitəsilə həyata keçirilən dörd ödəniş istiqamətinə ciddi təsir edib. Bunlar “Pakş” atom elektrik stansiyası üçün Rusiya nüvə yanacağının tədarükü, qazın iki qonşu ölkənin ərazisindən tranziti, eləcə də “Qazprom”la müqavilələr əsasında qazın alınması üzrə əməliyyatlardır.

Siyarto bildirib ki, dekabrın 2-də o, bu məsələləri Moskvada hökumətdə enerji məsələlərinə nəzarət edən Rusiya baş nazirinin müavini Aleksandr Novak, eləcə də Rusiyanın iri enerji şirkətlərinin nümayəndələri ilə müzakirə edib: “Biz dörd məsələdən üçünün həlli yollarını tapmışıq, bir halda ki, bizdə rəqabət aparan iki hüquqi çərçivə üçün artıq hüquqi baza var, onlardan ən yaxşısını seçəcəyik”.

Bundan əvvəl o, Rusiya qazının Macarıstana tədarükü üçün növbəti ödənişin dekabrın 20-nə planlaşdırıldığını və bu tarixə qədər həll yolunun tapılacağını bildirmişdi. Onun sözlərinə görə, Moskvada keçirilən danışıqlarda rusiyalı tərəfdaşlar onu əmin ediblər ki, onlar sazişlərin qorunub saxlanmasında və qazın nəqlinin davam etdirilməsində maraqlıdırlar. Siyarto qeyd edib ki, sanksiyalar, enerji və maliyyə məsələləri üzrə ixtisaslaşmış hüquqşünaslar bu vəziyyətdən optimal çıxış yolları axtarırlar.

Qeyd edək ki, Macarıstan qazın əsas hissəsini hələ də Qazprom ilə uzunmüddətli müqavilələr əsasında Rusiyadan alır. 2022-ci ildə ölkə “Türk axını” boru kəməri və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolları ilə 4,8 milyard kubmetr qaz alıb. Macarıstan məlumatlarına görə, 2023-cü ildə bu rəqəm 5,6 milyard kubmetrə qədər artıb. 2024-cü ildə, oktyabrın sonuna olan məlumata görə, Macarıstan Rusiyadan 6,2 milyard kubmetr qaz alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
65 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...