Pensiyaların indeksləşdirilməsinin bu şəxslərə təsiri olmayacaq – Ekspert
Bu ilin yanvar-noyabr aylarında orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 8% artdığı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildiyimiz kimi, yaşa görə əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əmək haqqının artım tempinə əsasən müəyyən olunur. Belə olan halda, gələn il pensiyalar nə qədər arta bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, artıq ötən ilin ilk 11 ayının statistik göstəriciləri məlumdur:
“Ehtimal etmək olar ki, sonuncu ayda – dekabrda ciddi dəyişiklik olmayacaq. Çünki əvvəlki illərin göstəricilərinə baxdığımız zaman açıq şəkildə görünür ki, orta aylıq əmək haqqının artım tempində dekabr ayı ciddi dəyişiklik olmur. Əvvəlki illərin təcrübəsi də göstərir ki, ilin sonuncu ayında nominal əmək haqqında ciddi artımlar, ya da azalmalar olmur. Məsələn, 2023-cü ilin noyabr ayında orta aylıq əmək haqqının 11,2 faiz artdığı açıqlanmışdı. Bir aydan sonra – ilin axırında məlum oldu ki, orta aylıq əmək haqqının artımında heç bir dəyişiklik olmayıb. Noyabrda olduğu kimi dekabrda da artım 11,2 faiz olub. 2022-ci ildə də oxşar vəziyyət olub. Noyabr ayında 14,6 faiz olan artım, ilin sonunda 14,7 faiz olub. Ona görə də təxmin etmək olar ki, ötən ilin sonunda da 8 faizlik artımda ciddi dəyişiklik olmayacaq. Bu isə o deməkdir ki, yaşa görə əmək pensiyalarının orta məbləği hər 100 manatda təxminən 8 manat həddində artacaq. Əgər ehtimal etdiyimiz kimi orta aylıq əmək haqqı 8 faiz həddində artacaqsa, onda minimum səviyyədə pensiya alanların pensiyası yanvar ayında təxminən 302 manat olacaq. Fevral ayının 1-dən isə minimum pensiyanın məbləği 320 manat olacağı üçün hazırda minmum səviyyədə pensiya alanlar üçün orta aylıq əmək haqqının hansı səviyyədə artmasının ciddi bir əhəmiyyəti qalmayacaq. Yəni bu il üçün pensiyaların indeksləşdirilməsinin minimum pensiya alanlara heç bir təsiri olmayacaq. Onlar indeksləşdirilmədən asılı olmayaraq fevral ayının 1-dən etibarən 320 manat pensiya alacaqlar. Bundan başqa, 300 manat pensiya alanların pensiyasında təxminən 24 manat, 400 manat pensiya alanların pensiyasında isə təxminən 32 manat artım olacağı təxmin edilir”.
53 dəfə oxundu