Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?


1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 milyon ABŞ dolları (10,751.0 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti isə 19.8 faiz təşkil edib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 58.6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

1 yanvar 2016-cı il tarixi vəziyyətinə xarici dövlət borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8.8 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.3 faiz, avro – 20.4 faiz, yapon yeni – 2.5 faiz, BƏƏ dirhəmi – 0.8 faiz, İslam dinarı – 0.6 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...