Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb

Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb


Bir neçə gündür, müşahidə olunan yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, hazırda Masazırda müəyyən qədər aktivləşmə var. Çatlarda 1,5-3 sm genişlənmənin müşahidə olunduğunu deyən Ə.Piriyev qeyd edib ki, yağışların intensivləşməsi nəticəsində sürüşmə inkişaf edib.

Onun sözlərinə görə, Qonaqkənd, Lənkəran-Astara yolunda da cüzi uçqun-çöküntü baş versə də, fəaliyyətdə olan davamlı sürüşmə baş verməyib. Bakının və Abşeronun digər yerlərindəki sürüşmə sahələrində isə tam sakitlikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...