Məleykə Abbaszadə Təhsil Nazirliyi ilə birgə İşçi Qrupu yaratdı

Məleykə Abbaszadə Təhsil Nazirliyi ilə birgə İşçi Qrupu yaratdı

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi işçiləri və ekspertlərindən ibarət birgə İşçi Qrupu yaradılıb. APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2013-cü ildə yeni təhsil naziri təyin olunanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən birgə işçi qrupun yaradılması təklif edilib. Azərbaycanda yeni tətbiq olunan kurrikulumun nəticələrinin hər il müzakirə olunmalı olduğunu deyən M.Abbaszadə vurğulayıb ki, bu ilin aprel ayında Dövlət İmtahan Mərkəzi formalaşandan sonra Təhsil Nazirliyi bu təkliflərlə razılaşıb: “Bu işçi qrup şagirdlərin nəticələrini birgə təhlil edərək IX sinif buraxılış imtahanının yeni modelini razılaşdırılıb. Bu yeni qaydalar "Abituriyent" jurnalının bu həftə ərzində işıq üzü görəcək xüsusi nömrəsində əks olunacaq".

Onun sözlərinə görə, yeni qaydalar hazırda Ədliyyə Nazirliyi və Nazirlər Kabinetində hüquqi müstəvidə təsdiqlənmə prosesindən keçir: "Bu proseslər bir qədər zaman alır. Amma imtahana hazırlaşan şagirdlər üçün imtahanın məzmunu vacibdir. Artıq imtahanın modeli və məzmunu təsdiqlənib. Bu məsələyə hüquqşünaslar müdaxilə edə bilməzlər. Çünki bu məsələ 2 təşkilat - Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında razılaşdırılıb”.

M.Abbaszadə buraxılış imtahanlarında yeni fənlərin əlavə edilməsini məqsədəuyğun hesab etmədiyini deyib. Onun sözlərinə görə, şagird Riyaziyyat fənnini az mənimsəyibsə, onu digər fənlərdən, məsələn, Fizikadan testə cəlb etmək düzgün deyil. Əgər imtahanda 30% uşaq boş vərəq verirsə, Fizikadan 60% boş vərəq verəcək. Çünki Riyaziyyatın bünövrə yoxdursa, Fizikanı mənimsəyə bilməyəcək. Bundan əlavə, Ana dili fənninə aid olan standartlar biri də mətni anlamaqdır. Biz görürük ki, bu gün uşaqlar standarta uyğun tapşırıqları yerinə yetirə bilmir.

Məsələni araşdıranda görürük ki, V-VI sinif şagirdləri sürətlə oxumağı bacarmır, mətnləri heca ilə oxuyurlar. Buna görə də mətni verilən vaxta uyğun oxuyub cavab verə bilmirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...