Milli Məclisə və deputatlara 23 milyondan çox vəsait xərclənəcək

Milli Məclisə və deputatlara 23 milyondan çox vəsait xərclənəcək

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək. "Report" xəbər verir ki, bu, Azərbaycan parlamentinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...