Surət Hüseynov biznesi ilə birlikdə Türkiyəyə köçdü

Surət Hüseynov biznesi ilə birlikdə Türkiyəyə köçdü


Azərbaycanın keçmiş baş naziri, bir neçə rayonun işğal edilməsində rolu ilə bağlı birmənalı qarşılanmayan Surət Hüseynov Rusiyadakı iş əlaqələrini dondurub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Surət Hüseynov, biznesinin böyük hissəsini Türkiyəyə köçürüb. 2011-ci ildə anasının vəfatından sonra birdəfəlik Türkiyəyə köçən Surət Hüseynov 2 övladı və nəvəsini də özü ilə aparıb. Bununla da Rusiyadakı iş əlaqələrinə son qoyub.

Mənbənin məlumatına görə, Surət Hüseynovun biznesi, nəqliyyat sahəsi ilə bağlıdır. Belə ki, avtomobil və gəmi biznesi sahəsi ilə məşğul olan bu şəxs işlərindən çox məmnundur. Digər məlumatda o da qeyd olunur ki, sabiq baş nazir siyasi prosesləri siyasətçi kimi izləmir. Siyasətə heç bir iddiası da yoxdur və 57 yaşında olmasına baxmayaraq idmanla məşğul olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...