Binaların idarə olunması: artıq 31 MMMC yaradılıb

Binaların idarə olunması:

Çoxmərtəbəli binaların idarə olunması üçün artıq 31 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib, 40-a yaxın kondominiumun yaradılması üzrə işlər isə davam etdirilir.

Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.

Nazirlikdən deyiblər ki, paytaxt da daxil olmaqla digər bölgələrdə çoxmənzilli binaların idarə olunmasına hazırlıqlara başlanılıb. Bu gün-noyabrın 24-də Gəncədə binaların idarə olunması yolları müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov bildirib ki, Mənzil Məcəlləsi mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. Sonda binaların idarə edilməsi istiqamətində görüləcək işlərlə bağlı suallar cavablandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...