Avropa Liqası: "Qarabağ" da uduzdu

Avropa Liqası: "Qarabağ" da uduzdu

Xəbər verdiyimiz kimi, bu gecə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində V turun oyunları keçirilir.

Virtualaz.org bildirir ki,Ağdamın "Qarabağ" klubu səfərdə Çexiya "Slovan"ı ilə qarşılaşıb. Komandamız 3:0 hesabı ilə məğlub olub.

İlk qol 11-ci dəqiqədə vurulub. 57-ci dəqiqədə Komliçenko Ağdam təmsilçisinin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 6 dəqiqə sonra Komliçenko dubla imza ataraq son nöqtəni qoyub - 3:0.

“J” qrupunun digər görüşü İtaliyanın “Fiorentina” və Yunanıstanın “PAOK” komandaları arasında keçirilib. Görüş 3:2 hesabı ilə “PAOK”un xeyrinə başa çatıb.

Beləliklə, qrupda 5 oyundan 10 xal toplayan "Fiorentina" ilk sırada qərarlaşıb. 7 xalla "Qarabağ" ikinci, 5 xalla PAOK üçüncü, 4 xalla "Slovan isə sonuncu yerdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...