Ohanyanın kadrları nazirlikdən çıxarılır – Erməni KİV

Ohanyanın kadrları nazirlikdən çıxarılır –


Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın kadrları nazirlikdən çıxardılır. Bu barədə AzVision.az “Jovohurd”-a istinadən xəbər verir. Məlumata əsasən Ohanyanla qohumluq əlaqələrinə malik, Hərbi Polis İdarəsinin rəis müavini Armen Arutunyan vəzifədən uzaqlaşdırılıb, sabiq nazirin Təhlükəsizlik Xidmətinin rəisi Sergey Ayrapetov isə digər vəzifəyə keçirilib.

“Lakin Viqen Sarkisyanın təyinatından sonra ona aydın şəkildə bildiriblər ki, yaxın vaxtlarda o da “ehtiyata” göndəriləcək”, - deyə nəşr yazır. Qəzet istefaların bu ilin əvvəlində Müdafiə Nazirliyində açılan korrupsiya qalmaqalları ilə əlaqəli ola biləcəyini də istisna etmir. “Xatırladaq ki, yuxarıda adı çəkilən şəxslər Hərbi Polis İdarəsinin binasının qarşısında Müdafiə Nazirliyinin əməkdaşını döydürüb, onu onlara sərf edən formada ifadə verməyə məcbur edib”, - deyə nəşr yazır.

Ermənistan Müdafiə Nazirliyi bu məsələni şərh etməkdən imtina edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...