Park Cinema biletlərin qiymətini qaldırıb? - “Distribyutorun tələbi ilə…”

Park Cinema biletlərin qiymətini qaldırıb? -


Park Cinema kinoteatrlar şəbəkəsinin biletlərin qiymətlərini qaldırdığı ilə bağlı məlumat yayılıb. Film həvəskarlarının BakiPost.az saytına verdiyi məlumata görə, əvvəl axşam saatlarında 7-8 manata satılan biletlər artıq 9 manata satılır. Bu isə kinosevərlər arasında narazılığa səbəb olub.

BakiPost.az məsələ ilə bağlı Park Cinema kinoteatrlar şəbəkəsi ilə əlaqə saxlayıb. Kinoteatrlar şəbəkəsinin PR və marketinq meneceri Kəmalə İsmayılova saytımıza açıqlamasında yalnız bir filmə biletlərin sözügedən qiymətə satıldığını deyib: "O da "Fantastik məxluqlar" filmidir. Filmə biletlərin qiyməti distribyutorun tələbi ilə yüksək göstərilib. Digər filmlərdə qiymət artımı gözlənilmir”.

Məlumat üçün bildirək ki, Park Cinemaya daxil olan kinoteatrlarda saat 6-a kimi biletlər, 5 manat, 6-dan sonra isə 7-8 manata satılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...