Dolların sabaha olan məzənnəsi 1,74 manatı ötüb

Dolların sabaha olan məzənnəsi 1,74 manatı ötüb


Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,35% artaraq 1,7430 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7369 manata bərabər olub.

Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7369 məzənnəsi ilə başlayıb və 1,7414 məzənnəsi ilə yekunlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...