Azərbaycanda 6 yeni həbsxana tikilir

 Azərbaycanda 6 yeni həbsxana tikilir


“Azərbaycanda 6 yeni cəzaçəkmə müəssisəsi tikilir”

AzVision.az xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə açıqlamasında deyib.

“Müəssisələrin nə zaman tam hazır olacağını dəqiq deyə bilmərəm. Bu, vəsaitlə bağlı məsələdir. Cəzaçəkmə müəssisələrində şərait yüksək səviyyədədir. Günü-gündən məhbusların saxlanma şəraiti yaxşılaşdırılır. Televizora baxmaq və telefonla danışmaq şəraiti yüksək səviyyədədir”,-deyə H.Əlixanov ölkəmizdə məhkumların Avropa standartların uyğun şəraitdə saxlanıldığını vurğulayıb.

Cəzaçəkmə müəssisələrində məhkumların işlə təminatına gəlincə, H.Vəlixanov qeyd edib ki, məhkumların 1/3 işlə təmin olunur.

“Onlar faydalı işlə təmin olunurlar. 5000 qədər məhkum hazırda işləyir. Bunlar da əsasən əl işləri və mebel işləri ilə məşğul olurlar. Yeni rəhbərlik tərəfindən bu istiqamətdə ciddi işlər aparılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...