“Petkim” STAR Neft emalı zavodunun səhmlərini əldə etmək istəyir

“Petkim” STAR Neft emalı zavodunun səhmlərini əldə etmək istəyir


“Petkim Petrokimya Holding AŞ” (“Petkim”) SOCAR-ın Türkiyədəki aktivi olan “SOCAR Turkey Enerji A.S”-i ilə STAR neft emalı zavodunda pay alınması ilə bağlı danışıqları davam etdirir.

“APA-Economics”in məlumatına görə, şirkətin Kamuyu Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada deyilir ki, “Petkim” “SOCAR Turkey Enerji”dən “Rafineri Holding”in 12-14% payı əldə etmək istəyir. Danışıqlar müsbət nəticələnsə, “Petkim” STAR neft emalı zavodunun 7-9% səhminə sahib olacaq.

Qeyd edək ki, hazırda STAR neft emalı zavodunun 60%-i “Rafineri Holding A.S” məxsusdur. Bu şirkət isə 100% “SOCAR Turkey Enerji A.S”-ə məxsusdur. STAR neft emalı zavodunun 40% səhmi isə SOCAR-a məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...