Dərsliklərdə, məktəb gündəliklərində reklam qadağan olunur

Dərsliklərdə, məktəb gündəliklərində reklam qadağan olunur


Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan olunur.

Modern.az-ın məlumatına görə, prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Təhsil haqqında” qanuna təklif olunan əlavə və dəyişiklər Milli Məclisə daxil olub. Əlavə və dəyişiklərə görə, qanunun 11.4-cü maddəsi “dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz” formasında yeni redaksiyada verilir.

Qanunun 11.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərləi təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.

İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulur .
“Təhsil haqqında” qanuna təklif olunan bu əlavə və dəyişiklərin Milli Məclisin qarşıdakı plenar iclasına tövsiyə olunması gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...