Aşıq Əli Masallıda yol polisi ilə qalmaqal barədə danışdı - "Ramazan Zeynalovla yaxın münasibətim yoxdur"

Aşıq Əli Masallıda yol polisi ilə qalmaqal barədə danışdı -


Aşıq Əli Tapdıqoğlu bir neçə gün öncə Masallı rayonunda yol polisi ilə ilə aralarında qalmaqal yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ə.Tapdıqoğlu Trend-ə açıqlamasında bildirib ki, məlumatlar həqiqəti əks etdirmir:

"Dövlət Yol Polisi əməkdaşları ilə normal münasibətim var və onlar mənə sənətkar kimi hörmət edirlər. Bu hörmət qarışılıqlıdır. Müğənni Xatirə İslam ilə Masallı rayonunda bir neçə gün əvvəl tədbirdə olmuşuq. Yol polisi əməkdaşları yolda bizi saxlamayıblar, heç kimlə mübahisə olmayıb və mən iş adamı Ramazan Zeynalova zəng vurmamışam. Ramazan Zeynalovla yaxın münasibətim yoxdur".

Qeyd edək ki, Masallıda yerləşən "Viləş" otelində təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən saxlanması, Aşıq Əlinin polisin qanuni tələbinə əməl etməyərək YPX əməkdaşını hədələməsi, daha sonra "Viləş" otelinin sahibi Ramazan Zeynalova zəng etməsi və iş adamının hadisə yerinə gələrək yol patrul xidmətinin əməkdaşı V.Ələsgərovu təhqir etməsi barədə məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...