“Neft Fondunun 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq”

“Neft Fondunun 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq”


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il üçün gəlirləri proqnozlardan xeyli çox olacaq

Bunu Trend-ə Fondun icraçı direktoru Şahmar Mövsümov deyib. Ş.Mövsümov bildirib ki, cari ilin əvvəlində Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edildi və büdcə neftin bir barelinin qiyməti 25 dollardan nəzərə alınmaqla hesablandı:

“Ancaq il ərzində neftin bir barelinin orta qiyməti 42 dollardan yüksək olub. Ona görə də bizim gəlirlərimiz proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə çox olacaq”.

ARDNF-də manat kütləsinin yaranması məsələsinə gəlincə, Ş.Mövsümov qeyd edib ki, Fond qrafikə uyğun olaraq dövlət büdcəsinə köçürmənin tam təmin edilməsi məqsədilə valyuta hərraclarında valyuta satışını davam edirir: “Lakin büdcəyə həmin mütəmadiliklə manat ehtiyacı olmadığından bizdə müəyyən qalıqlar yaranıb. Amma ümid edirəm ki, ilin sonuna qədər büdcəyə vəsait tam köçürüləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...