Dilqəm Şuşadan yazdı: - "Atama yaxşı baxın"

Dilqəm Şuşadan yazdı: -


Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib.

Bu barədə AzVision.az-a girovun qardaşı Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, Dilqəm Əsgərov atasına görə narahatdır: “Qardaşım məktubuma cavab yazıb. Göndərdiyimiz əşyaların Beynəlxalq Qırımızı Xaç Komitəsinin nümayəndələri tərəfindən ona verildiyini qeyd edib. Biz onun səhhətini soruşmuşduq, amma qardaşım bu barədə heç nə yazmayıb. Atamın səhhətində müəyyən problemlərin olduğunu yazmışdım. Dilqəm məktubunda yazıb ki, atama qulluq edin, ona yaxşı baxın. Hər kəsə salam deyib”.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...