Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib - “Azərişıq”

Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib -


Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

Bu barədə “APA-Economics”ə “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb: “Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...