Metro gecə 2-yə kimi işləyəcək

Metro gecə 2-yə kimi işləyəcək


31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərin iştirakçılarının daşınması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün metro stansiyalarının iş rejimi artırılıb.

AzVision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Bakı Metropoliteni” QSC-nin bütün metro stansiyalarında iş rejimi gecə saat 02:00-dək artırılıb. Zərurət yarandığı halda bu müddət 02:30-dək uzana bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...