Ukrayna Azərbaycan neftinin ilk partiyasını qəbul edib

Ukrayna Azərbaycan neftinin ilk partiyasını qəbul edib


Dekabr ayının sonunda Ukrayna 80 min ton həcmində "Azeri LİGHT" markalı nefti qəbul edib. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, məhsul "Ukrtatnafta" publik səhmdar cəmiyyətinə məxsus Kremençuq neftayırma zavodunda emal olunacaq.

Ümumilikdə, 2017-ci ildə "Ukrtatnafta" 1,3 mln. ton "Azeri Light" markalı neftin qəbulunu planlaşdırır. Neftin nəqledicisi qismində SOCAR çıxış edib. Ötən ilin oktyabr ayından etibarən SOCAR "Ukrtatnafta" üçün İranın qaz kondensatının nəqlini həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
768 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...