Yüksək vəzifəli məmurların maaşı azaldılır

Yüksək vəzifəli məmurların maaşı azaldılır


"Meksika hökuməti kütləvi etirazlara və soyğunçuluq hallarının artmasına səbəb olan benzinin qiymətinin qalxması fonunda yüksək vəzifəli rəsmi şəxslərin maaşının azaldılması barədə qərar qəbul edib".

Gundeminfo Trend-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Enrike Penya Nieto deyib.

Dövlət başçısı bildirib ki, benzinin qiymətinin qaldırılması nəticəsində xərclər 190 milyard peso (8,9 milyard dollar) azalıb: "Bundan başqa, yüksək vəzifəli rəsmi şəxslərin əməkhaqları 10 faiz azaldılacaq".

Qeyd edək ki, benzinin qiymətinin artırılması qərarı yanvarın 1-dən ölkədə kütləvi etirazlara səbəb olub. Son bir neçə gün ərzində Meksikada 370 ticarət obyekti qarət olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1003 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...