Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Təhsil şöbəsinin müdiri işdən çıxarıldı


Abşeron rayon Təhsil şöbəsinin müdiri Kamran Rzayev tutduğu vəzifədən azad edilib. Bu barədə AzVision.az-a təhsil şöbəsindən məlumat verilib. Bildirilib ki, Kamran Rzayevin işdən çıxarılması ilə bağlı qərar günün ikinci yarısında verilib. Digər bir məlumata əsasən o, öz istəyi ilə işdən çıxıb. Qeyd edək ki, K.Rzayev 2015-ci ildən Abşeron rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 30 sentyabr 2014-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...