Rusiya Azərbaycandan neft nəqlini bərpa etdi

Rusiya Azərbaycandan neft nəqlini bərpa etdi

Bu gün Rusiya vaxtilə saat 10 radələrində “Transneft” “Şirvanovka” stansiyasından Azərbaycan neftinin nəqlinə başlayıb. APA xəbər verir ki, bu barədə “Transneft” şirkəti prezidentinin müşaviri İqor Demin bildirib. "Şirvanovka" stansiyasından nəql olunan neft Dağıstan üzərindən ixraca yönəlir.

Ötən gün “Transneft” şirkətinin yaydığı məlumatda deyilirdi ki, Azərbaycandan neft nəqli dayandırılıb. Buna Mahaçqala ərazisində aparılan təmir işləri səbəb olub. Maraqlıdır ki, İ.Demin nəqlin üç günlük dayandırıldığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...