Prezidentin gəlini dələduzluqda ittiham edilir

 Prezidentin gəlini dələduzluqda ittiham edilir


Çili prokurorluğu xanım prezident Mişel Baçeletin gəlini Natali Kompanyonu dələduzluqda ittiham edib.

“RİA Novosti”nin verdiyi məlumata görə, onu 5 il həbs cəzası gözləyir. Məlumat əsasən, yerli sahibkar Qonsalo Vual prezidentin gəlininə məxsus şirkətə ölkənin dağ-mədən sənayesinə aid 8 məruzə və tədqiqat işləri hazırlamağı tapşırıb. Bunun müqabilində şirkətə 1,5 milyon dollar ödənilib.

İstintaq müəyyən edib ki, hazırlanan məruzə və tədqiqat işlərinin məzmunu internetdən götürülüb. Çili prezidentinin gəlini həmçinin rüşvətxorluqda və vergi ödəməkdən yayınmaqda ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...