“Reina” terrorçusu azərbaycanlılarla eyni düşərgədə təlim keçib - FOTOLAR

“Reina” terrorçusu azərbaycanlılarla eyni düşərgədə təlim keçib -


Yeni ilin ilk saatlarında İstanbuldakı "Reina" gecə klubunda 39 nəfərin ölümü ilə nəticələnən terrorun törədicisi Əbdülqədir Maşaripovun vaxtilə Əfqanıstandakı İŞİD düşərgəsində təlim keçdiyi ortaya çıxıb

Lent.az-ın “Sözcü”yə istinadən məlumatına görə, məlum olub ki, Əfqanıstanda yaradılmış İŞİD düşərgələrində uyğur, özbək, qazax, qırğız, azərbaycanlı, türkmən, dağıstan əsilli olan terrorçular xüsusi yetişdirilib və İraq, Suriya və Türkiyəyə göndərilib.

Ə.Maşaripov da bu düşərgədə xüsusi təlim keçdikdən sonra Türkiyəyə gəlib.

Məlumatlarda bildirilir ki, İŞİD-in İraq və Suriyadan sonrakı hədəfi Türküstandır.

Türk dilində danışan Jurnalistlər Birliyinin hazırladığı hesabatda bildirilir ki, türk dilli ölkələrdən İŞİD-ə qoşulan terrorçuların ilk düşərgəsi Əfqanıstandakı kamplardır. Suriyadakı terrorçuların əksəriyyəti Əfqanıstanın Cəlalabadın 35 kilometrliyində Tora Bora dağları və ətrafında yetişdirilir.


“Reina” terrorçusu azərbaycanlılarla eyni düşərgədə təlim keçib -
“Reina” terrorçusu azərbaycanlılarla eyni düşərgədə təlim keçib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1189 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...