Dövlət Taxıl Fondu buğda yığır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2015-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Virtualaz.org-uın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman" MMC, “Karat-Holdinq”, “Karmen" MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması və “EL” KM müəssisələri vasitəsilə cari ilin iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək:
I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün -750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün -2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq - 3-cü sinif - 23 faizdən az olmamaqla
buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla
yapışqanlığın keyfiyyəti (göstərici: 65-85)
VI. Şüşəvarilik - 3-cü sinif buğda üçün - 40-45% hüdudlarında
VII. İy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad-yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün-yol verilmir
X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir
Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş lsaboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9.00-dan 18.00-dək):
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06,
“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03,
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi, tel: 012-342-90-03; 0-70-345-12-18,
“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 0115-3-23-21, 0-55-760-35-05; 0-50-382-35-84
“Karat-Holdinq” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi-23, tel.: 012-342-09-50, 0-50-223-18-97
“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şosesi-23, tel: 012-342-59-12.
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 022-56-94-44; 012-418-45-38; 0-50-222-08-20
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel. 012-567-00-76; 566-21-72
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03
“Neon” firması : Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel./faks: 022-57-57-22, 0-50-220-30-27
“EL” KM: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel: 012-346-08-08, 012-346-08-00
Əlavə məlumat almaq üçün 070-271-71-33 mobil, 012-512-50-25 iş nömrələrinə zəng etmək olar.
1485 dəfə oxundu