Xanlar Vəliyev İnterpolu tənqid etdi: "Onların heç biri tutulmayıb"

Xanlar Vəliyev İnterpolu tənqid etdi:


“1988-ci lidən bəri Azərbaycana qarşı Ermənistan tərəfindən təcavüz edilib. Təcavüz bu gün də davam edir”

AzVision.az xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.

Hərbi prokuror bildirib ki, tək Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də ermənilər tərəfindən qırğınlar törədilib: “Yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hərbi prokururluqda öyrənilib. Layihəyə təklifimiz var. Qanun layihəsi qısa müddət ərzində hazırlanıb və böyük əziyyət çəkilib. Müxtəlif ölkələrin təcrübəsində istifadə edilərək yüksək səviyyədə qanun layihəsi hazırlanıb”.

X.Vəliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 297 nəfər axtarışa verilib, onların barəsində həbs qərarı çıxarılıb: “Bu günə qədər onların heç biri tutulmayıb. Bu da ikili standartların bariz nümunəsidir. Beynəlxalq interpol təşkilatı da eyni mövqedə durub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...