Ailəsi Şahin Mirzəyevdən imtina etdi: "Ona nifrət edirik..."

Ailəsi Şahin Mirzəyevdən imtina etdi:


Ermənistandan “müvəqqəti sığınacaq” istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətinin üzvü Şahin Mirzəyevdən ailəsi imtina edib.

Bu barədə AzVision.az-a Ş.Mirzəyevin atası 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev bildirib. Atası Şahin Mirzəyevlə uzun müddətdir ki, əlaqə saxlamadığı deyib.

“6 aydan çox olar ki, onunla bütün əlaqələr kəsmişəm. Xəstəlik adı ilə Gürcüstana getdiyini bilirdim. Mən 65 ildir müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim tələbələrim, şagirdlərim, akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq.

Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq eləyib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1032 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...