“İlham Əliyevin bu görüşləri bəzi dairələri narahat edib” - Deputat

“İlham Əliyevin bu görüşləri bəzi dairələri narahat edib” -


Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi sözlərin Xocalı soyqırımın 25 illiyi ərəfəsində deyilməsi qəbul edilməzdir.

BakiPost.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, əslində Jirinovskinin bu sözlərinə fikir verilməyə bilərdi, lakin Xocalı soyqırımının ildönümü ərəfəsində səsləndirilməsi qəbul edilə bilməz: "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ermənistan qondarma bir dövlətdir. Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Ermənistanın 95 faiz əhalisi azərbaycanlı olub. Əgər Yerevanın rəhbərliyi istəyərsə, qoy Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun”.

Komitə sədri bildirib ki, prezident İlham Əliyevin Brüsselə səfər edib görüşlər keçirməsi bəzi dairələri narahat etməyə başlayıb:"Bundan sonra bəzi şəxslər Avropa Parlamentində təxribata əl atdılar. Orada bir neçə deputat Azərbaycanla bağlı müzakirələr təşkil etməyə çalışdılar. Amma onların məqsədi həyata keçmədi. Onların etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...