Nazir şöbə müdirlərinə xəbərdarlıq etdi

Nazir şöbə müdirlərinə xəbərdarlıq etdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyində prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası, ötən ildəki fəaliyyət ilə bağlı kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, kollegiya iclasında nazir Hüseyn Bağırov ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, qazanılmış nailiyyətlər, xüsusən son bir ildə hidrometeorologiya sahəsində texniki-təchizat bazasının büdcədənkənar vəsaitlər hesabına daha da müasirləşdirildiyi və qarşıda duran vəzifələr barədə danışıb.

İclasda “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və Meşələrin İnkişafı Departamentinin hesabatları dinlənilib. Yaşıllaşdırma sahəsində, meşələrin mühafizə və bərpasında, artırılmasında ölkə prezidentinin göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı əhəmiyyətli kol və bitkilərin, aqro meşə sahələrinin salınması istiqamətində aparılan işlərlərin nəticələri təhlil edilib, müvafiq tapşırıqlar verilib və 10 gün müddətində yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru ötən ilin yekunları ilə bağlı məlumat verib. Müsbət nəticələrlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad bildirilib. Bütün ərazi idarələrinə ekoloji qanun pozuntuları ilə daha ciddi mübarizə aparılması üçün müddətli göstəriş verilib. Bununla yanaşı, kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib.

Daha sonra Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Milli Geoloji Kəşfiyyat Xidmətinin də 2016-cı ilin yekunları, qarşıda duran vəzifələri barədə hesabatları dinlənilib. Kollegiya üzvləri nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatlarını qəbul edib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...