61 kimsəsiz şəxs küçədən götürülərək xəstəxanalara yerləşdirilib

61 kimsəsiz şəxs küçədən götürülərək xəstəxanalara yerləşdirilib


Yanvarın 1-dən bu günə kimi Bakıda 61 kimsəsiz şəxs - “bomj” təcili yardım briqadaları vasitəsilə xəstəxanalara yerləşdirlib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, onlar 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər xəstəxanalarından birinə çatdırılıb. Kimsəsizlərdən 54-ü kişi, 7-si isə qadın olub.

Baş həkim qeyd edib ki, ötən gündən müşahidə olunan qarlı və şaxtalı havada 3 kimsəsiz şəxs-“bomj”lar küçələrdən götürülərək 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.

Qeyd edək ki, kimsəsiz şəxslərin xəstəxanalara yerləşdirilməsi prosesinə səhiyyə nazirinin əmri ilə ötən ildən başlanılıb. 2016-cı ildə ümumilikdə 400-ə yaxın kimsəsiz şəxs təcili yardım tərəfindən götürülərək xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...