Allahşükür Paşazadə ilə II İliya arasında telefon danışığı olub

Allahşükür Paşazadə ilə II İliya arasında telefon danışığı olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya arasında telefon danışığı olub.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədrinin təşəbbüsü ilə baş tutan söhbət zamanı A. Paşazadə II İliyanın səhhəti, əməliyyat sonrası əhvalı ilə maraqlanıb.


Şeyxülislam Patriarxın səhhətinin qaydasında olmasından və Azərbaycan dindarlarının salamlarını ona yetirməkdən məmnun olduğunu dilə gətirib. A. Paşazadə ən yaxın zamanda – qarşıdakı həftələrdə II İliya həzrətlərini ziyarət etmək üçün Gürcüstana gedəcəyini Patriarxın diqqətinə çatdırıb.

Söhbət əsnasında A. Paşazadə II İliyaya Azərbaycanda elan olunmuş İslam Həmrəyliyi ili çərçivəsində QMİ tərəfindən keçiriləcək Beynəlxalq Konfrans barədə məlumat verib, gürcü Patriarxlığına da dəvət göndərildiyini xatırladıb.

Patriarx II İliya konfransda təmsil olunacaqlarını, onun işində yaxından iştirak edəcəklərini bildirib, Konfransın ünvanına təbrik məktubu ünvanlayacağını diqqətə çatdıraraq tədbirə uğurlar diləyib.

Telefon bağlantısı zamanı Patriarx II İliya Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya səmimi salamlarını çatdırmağı Şeyxülislamdan rica edib, M. Əliyevanın yeni təyinatı münasibətilə xeyir-dualarını çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...