"Düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salırlar" Müdafiə Nazirliyi

"Düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salırlar"


Müdafiə Nazirliyi son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı yazılanlara münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, hər dəfə cəbhə xəttində vəziyyətin gərginləşdiyi hallarda bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı qərəzli, xoşagəlməz yazıların dərc edilməsi və şərhlərin paylaşılması müşahidə edilir: “Silahlı Qüvvələrimizin əsgərindən tutmuş generalınadək hər bir şəxs ön xətdə, əmrlə ona tapşırılmış istiqamətdə, səngərdə və mövqelərdədir və bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir.

Orduda, xüsusilə də cəbhədə xidmət edən hərbi qulluqçuların yerdəyişməsi rotasiya qaydasında, mütəmadi olaraq, planlı şəkildə və növbəli surətdə həyata keçirilir.

Şəhidlərin ailə üzvlərinin hisslərinə və ön xətdə xidmət edən hərbi qulluqçuların mənafeyinə toxunan bu kimi qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır və ümumi məqsədimizə xələl gətirməklə yanaşı erməni təbliğatının maraqlarına xidmət etmiş olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...