Rusiyalı müəllimə: “Bakıdakı səfirliyin qarşısında doğacam”

Rusiyalı müəllimə: “Bakıdakı səfirliyin qarşısında doğacam”


Əri ilə birgə Bakıda yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmin Marinenko Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğmağa hazırlaşır.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qadının sözlərinə görə, ailəsinin 700-800 dollara başa gələcək doğum xərclərini qarşılamağa imkanı yoxdur. Yardım üçün müraciət etdiyi Rusiyanın diplomatik nümayəndəliyi isə ona kömək etməkdən imtina edib.

Qadının sözlərinə görə, Rusiyada məktəbdə direktor müavini olaraq çalışıb, əri isə tikintidə işləyib. Lakin ərinin səhhətində problemlər yaranıb, özü isə dekretdə olduğu üçün işləyə bilməyib. Bir ildən çoxdur ki, Bakıda ərinin ailəsinin yanında yaşayırlar.

Qadın Azərbaycan tərəfindən pulsuz yardıma bel bağlamadığını deyir: “Azərbaycan bizə heç nəyə görə borclu deyil. Pulsuz tibbi yardım olmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...