Medvedev Mehriban Əliyevaya təbrik məktubu göndərib

Medvedev Mehriban Əliyevaya təbrik məktubu göndərib

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

APA-nıl n məlumatına görə, məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı.

Əlamətdar bayram – 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.

Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...