Pensiya ilə bağlı qalmaqallı qanun layihəsi sabah qəbul olunacaq- GÜNDƏLİK

Pensiya ilə bağlı qalmaqallı qanun layihəsi sabah qəbul olunacaq-


Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 10-da keçiriləcək”.
http://gundeminfo.az/ xəbər verir ki, bunu modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının növbəti iclasının gündəliyinə 8 məsələ daxil edilib.
Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
1. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;
2. “Lisenziya və icazələr haqqında” qanuna dəyişiklik;
3. “Sərhəd Qoşunları haqqında” qanuna dəyişiklik;
4. ”Dövlət sərhəddi haqqında” qanuna dəyişiklik;
5.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda;
6. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik;
7.”Reklam haqqında” qanuna dəyişiklik;
8. ”Əmək pensiyaları haqqında”qanuna dəyişiklik.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının martın 7-də keçirilən plenar iclasının ikinci hissəsi “8 Mart- Beynəlxalq Qadınlar Günü” münasibətilə təxirə salınmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...