Hollandiyadan HDP-li deputata “yaşıl işıq” - “Referenduma yox” kampaniyası başladı
Hollandiya Türkiyəli nazirlərə qadağa qoysa da, Türkiyədə keçiriləcək referenduma qarşı "xeyr” kampaniyasını aparanlara icazə verib.
BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv edən və Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Qayanı da ölkədən qovan Hollandiya referenduma "yox” deyən kampaniyaları dəstəkləyib.
Belə ki, türkiyəli nazirlərə maneçilik törədən Hollandiya hakim Ədalət və İnkişaf partiyasının sabiq millət vəkili Əbdüllətif Şənər, Türkiyə Vəkillər Kollegiyasının başçısı Metin Feyzioğlu və istintaq zamanı dindirilməyə gəlmədiyi üçün barəsində saxlanma qərarı çıxarılan, Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Tuğba Hezer Öztürkün "referenduma yox” kampaniyası aparmasına icazə verib.
Hollandiya hökuməti hər üç şəxsə Türkiyədəki seçkilərlə bağlı apardıqları kampaniyaların yalnız mənfi istiqamətdə olması səbəbindən dəstək verib.
Sabiq millət vəkili Abdüllatif Şener Hollandiyanın müxtəlif ərazilərində "referenduma yox” adlı kampaniyalar keçirir. Onun təşkil etdiyi kampaniyalar türkiyəli nazirlərin konfranslarının ləğv olunduğu "Rotterdam” otelində olub.
Hollandiyanın baş nazir müavini Lodewijk Asscher bu kampaniyalara heç bir şəkildə etiraz etməyib. Əksinə olaraq Hollandiya mətbuatı da bu kampaniyalar haqda xəbərlər hazırlayıb.
789 dəfə oxundu