Bu il Azərbaycanda 96 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb

Bu il Azərbaycanda 96 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb


Azərbaycanda 36 qida zəhərlənməsi faktı qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, hadisələr nəticəsində 52 nəfər zərər çəkib.

Ötən ay qeydə alınan 2 botulizm hadisəsi nəticəsində 4 nəfər zəhərlənib. Fevral ayında botulizmdən 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənməsi hallarının hamısı məişətdə baş verib.

Ümumilikdə isə bu ilin yanvar-fevral ayları ərzində 67 qida zəhərlənməsi faktı qeydə alınıb ki, nəticədə 96 nəfər zərər çəkib. İki ay ərzində qeydə alınan 7 botulizm hadisəsi nəticəsində 14 nəfər zəhərlənib. Hadiəslər nəticəsində ümumilikdə 3 nəfər dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...