Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv edən silah alıb

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv edən silah alıb


Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb. APA-nın "haberler.com"-a istinadən verdiyi məlumata görə, Türkiyənin “Harp ARGE” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac edib. Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir.

Türkiyə baş nazirin mühafizəçilərində də olan bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı ən təsirli silahdır. Silah artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...