Naxçıvanda "NazLifan" daha yığılmır...

Naxçıvanda "NazLifan" daha yığılmır...

Altıncı aydır ki, Naxçıvan avtomobil zavodunda “NAZLifan” minik avtomobili yığılmır. Dövlət Statistika Komitəsi (DSK) bu müəssisədə yeni avtomobilin konveyerdən çıxmasına dair son məlumatı ötən ilin oktyabrında verib. Zavod direktorunun müavini Polad Sadıqov təzəliklə avtomobil yığılmasına başladıqlarını söyləsə də, Çindən neçə avtomobil üçün komplektləşdirici sifariş verildiyi barədə sualı cavablamaqda çətinlik çəkib və yazılı müraciət etməyi xahiş edib.

Ötən il Naxçıvanda 270 avtomobil yığılıb, istehsal 62,8 faiz azalıb. “NAZLifan” avtomobillərinin 121 ədədi satılmamış qalıb. Əvvəlki illərdə bu avtomobillər, əsasən, Qarabağ savaşı əllillərinə verilib.


Gəncə avtomobil zavodunda da ilin əvvəlindən traktor və yük avtomobili buraxılmayıb. Qoşqu istehsalı isə hələ oktyabrdan dayandırılıb. DSK bu zavodda, hələlik, yalnız kommunal avtomobillərin yığıldığını bildirir. Zavodun özündə isə istehsal prosesinin dayanmadığında israr ediblər. ("Azadlıq" radiosu)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...