Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib

Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib


Kürdəmir rayonunda vəhşi heyvanlar kəndə hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında rayonun Cəyli kəndində baş verib.

Kənd sakinləri, Salamat Hacıyevin və Təşkilat Nəsirova məxsus fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 15 baş xırdabuynuzlu heyvanı yaralayıb. Hadisə yerinə rayon baytarlıq idarəsinin əməkdaşları cəlb olunub. Yaralı heyvanlar vaksinasiya edilib.

Yerli sakinlər gündüz saatlarında da vəhşi heyvanların kənddə göründüyünü deyiblər. Onlar analoji hadisələrin tez-tez baş verdiyini və bu cür halların qarşısını almaqda aciz olduqlarını bildiriblər. Qeyd edək ki, Aran bölgəsində kəndlərə vəhşi heyvanlar tez-tez hücum edir. Sakinlər analoji hadisələrin Kürdəmir rayonu ilə sərhəddə yerləşən Ucar və Zərdab rayonlarında da tez-tez baş verdiyini deyirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...