Ziyafət Əsgərov Zahid Orucun “məhrumetmə” sözünə etiraz etdi

Ziyafət Əsgərov Zahid Orucun “məhrumetmə” sözünə etiraz etdi


Millət vəkili Zahid Oruc parlamentdə çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib.
Gununsesi.info xəbər verir ki,Z. Oruc çıxışında ilk öncə Daxili İşlər Nazirliyinin (DİN) fəaliyyətini yüksək qiymətləndirib.
O, eyni zamanda, daxili işlər nazirinin birinci müavini V. Eyvazovun edilən müraciətlərə həssaslıqla, operativ və peşəkarcasına yanaşdığını söyləyib.

Deputat sonra Z. Oruc çıxışında vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailə qurduqdan sonra onlar Azərbaycan vətəndaşlığından məhrum edilirlər:

“Çünki qanunvericilyimiz ikili vətəndaşlığı qadağan edir. Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər. Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik, ona qədər isə qanun daha liberal idi. Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Ona görə də hesab edirəm ki, Miqrasiya Məcəlləsinə yenidən baxmağı təklif edirəm”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın “məhrumetmə” fikirləri ilə razılaşmayıb:

“Zahid müəllim, siz tez-tez çıxışlarınızda “məhrumetmə” sözlərini işlədirisiniz. Ona görə də məcburam ki, sizə cavab verim. Çünki Konstitusiyaya görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə “Vətəndaşlıq haqqında” qanuna görə kimsə başqası ilə evlənirsə, onun vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir”.

Birinci vitse-spiker həmçinin, mediaya üzünü tutaraq bunları rica edib:

“Gəli elə edək ki, polisə dəstək olaq. Çünki polisin işi çoxdur və o bir çox sahələr qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz…”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...